bp-Azərbaycanın dəstəyi və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Neftimizin Avropaya uzun yolu” layihəsi başa çatıb.

bp-Azərbaycanın dəstəyi və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Neftimizin Avropaya uzun yolu” layihəsi başa çatıb. Layihə çərçivəsində tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun müəllifi olduğu 258 səhifəlik kitab 10 iyulda Bakı Kitab Mərkəzində təqdim olunub.

Nəşr Azərbaycanın neft və qaz sənayesinin inkişafını dörd əsas tarixi dövrdə – Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, sovet və müstəqillik illərində – sənədləşdirən ilk kitabdır. Kitabda nadir arxiv materialları təqdim olunur və “Əsrin müqaviləsi” kimi mühüm hadisələr işıqlandırılaraq, neftin Azərbaycanın milli kimliyinin və beynəlxalq tərəfdaşlıqlarının formalaşmasında oynadığı strateji rol vurğulanır.